Lider telekanalının efirində yayımlanan “Status” proqramında yol polisinin hərəkətləri kəskin tənqid olunub. Virtualaz.org bildirir ki, proqramın həmin buraxılışı Bakının küçələrindən tələb olunan qaydada dayanmayan avtomobilləri aparan evakuator xidmətinin işinə həsr edilib.
Bakı Şəhər Yol Polisi İdarəsi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Əsədovun iştirak etdiyi verilişdə qonaqlardan biri bildirib ki, Hesablama Palatasının məlumatlarına əsasən, evakuator xidmətinin fəaliyyəti nəticəsində 2016-cı ildə ölkənin büdcəsinə cəmi 42 080 manat vəsait keçirilib.
Bu məbləğ yalnız 2100 avtomobil sahibinin ödədikləridir. Halbuki Bakıda bir il ərzində evakuatorla aparılan avtomobillərin sayı on və yüz minlərlə hesablanır. Qonaqlar soruşublar ki, həmin avtomobil sahiblərinin ödədiyi cərimələr hara gedir? Məsələ ondadır ki, evakuator xidməti üçün tələb olunan 20 manat cəriməni nağdsız formada ödəmək mümkün deyil.
Dövlət Yol Polisinə təklif edilib ki, avtomobillərin təxliyəsindən imtina olunsun və səhv dayanma üçün cərimə-bildiriş sadəcə avtomobillərin şüşəsinə qoyulsun. Bununla da cərimələrdən toplanan bütün vəsait ölkənin büdcəsinə keçərdi.
Görünür, DYP mətbuat xidmətinin başçısı Vaqif Əsədov buna cavab olaraq başqa söz tapmayıb və yalnız onu deyib ki, Bakı sakinləri hələ o şüurda deyillər ki, yol polisi avtomobillərin təxliyəsindən tamamilə imtina etsin…


Şərhlər
Azərbaycan DYP-i elə işlərlə məşğuldurlar ki....Sürücüyə şər atmaq,son dövrlərdə hər kəsin qarşılaşdığı ədalətsizlik.``Ayıq sürücü`` deyilən bir Qurum fəailiyət göstərir.İçkili şəxsləri mənzil başına aparır,müəyyən məbləğ alırlar və vergi verirlər.Son dövrlərdə DYP -İ əməkdaşları həmin sürücülərlə əlbir olub,Vətəndaşa qarşı əxlaqa sığmayan şantaj həyata keçirdirlər.Hətta , dilənçilik etməkdən belə çəkinmirlər.izlədikləri adamın Yüksək vəzifəlilərlə yaxınlığnı biləndə yalvarıb ``şirinlik`` alırlar.
salam dostum necesen cox gozel analizder edirsen ele bil her bir seyden xeberin var
VAQİF ƏSƏDOVU HƏSƏN MUƏLLİM SƏHƏR DYP İDARƏSİNDƏN QAVALADİ GEDİB DUSDU XƏTAİ RAYON DYP-NƏ.SOHBƏT EVAKUASİYADAN GEDİRSƏ NİZAMİ RAYON XALQLAR TİCARƏT MƏRKƏZİNİN QARSİSİNDAN VALERİ KOLOSOVA MƏXSUSU MASİN EAVAKUASİYA EDİLİR VƏ ONA MƏXSUSU 400 MANAT PUL VƏ MOBİL TELEFON MASİNİN PƏNCƏRƏSİ ACİQ OLDUĞUNDAN OĞURLANİR.POLİS İDARƏSİNƏ VƏ DİN 102 XİDMƏTİNƏ HƏMİN AN MURACİƏT OLUNUR 51 VƏRƏQƏ CİNAYƏT İSİ ACİLSA DA BU GUN CİNAYƏT İSİNİN MATERİALARİ NİZAMİ RAYON Pİ 24 PB DƏ İTİB BUNU BAKİ SƏHƏR BPİ TƏHQİQATCİSİ VUQAR DEYİR
Amma yol polisinin şüuru o qədər inkişaf edib ki.yol polisinin çoxusu yol hərəkət qaydalarını lazımınca bilmir.Bundan əlavə magistral avtomobil yollarında hərəkət nişanları arasında məsafələrin nə qədər olacağını belə bilməyərəkdən ağıllarına gələn yerə istədikləri nişanları qoyur və hətta çox vaxt məhdudlaşdırıcı nişabnların təsir zonasını undurlar.
Bir də deyirlər sürücülərdən yığılan cərimələr büdcəyə yox, bəzi idarələrə maaşa paket şəklində köçürülür. Bu doğrudurmu?
Mence hecde kontoy sual deyil.belkede aparilasi masinlari aparmaq ayib deyil,amma bu cur ogurluq edilirmiw kimi tez goturulmeyi cox nifretedici ,iyrenc gorsenir..mence bele bir wey dunyanin hec yerinde yoxdur..hemdeki niye 8km bazarinin qarwisindan bir kuce o terefe mawin aparmaq niye 20 manat edie?ozudeki hokmen nagdi?kim bu qiymeti qoyub?hemen o illerde yolda ara kesme olmayanda 8km bazarinin etrafindan yol hereket qaydalarin poza poza gunde yuzlerce mawin aparirdilar
Dost salamı əziz olur.Bu gün Azərbaycanda ,hamı həqiqəti bilsə də..cəfəngiyat danışıb başlarını dolandırırlar.Səndən ötən,məndən ötən isə Millətə,Dövlətçiliyin sütunlarına dəyir.Dövlətçiliyi və Milləti qorumaq isə MİLLİ ƏXLAQA HÖRMƏTDİR.