Menu

Çin Pakistanda hərbi-dəniz bazası tikmək fikrinə düşüb

09.01.2018, 19:35
Çin Pakistanda hərbi-dəniz bazası tikmək fikrinə düşüb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) xaricdə ikincə hərbi-dəniz bazasını yaratmaq fikrinə gəlib.

Çin xalq-azadlıq ordusuna yaxın mənbəyə istinadla, «South China Morning Post» qəzetinin yazdığına görə, Çin tərəfi bu bazanı Pakistanda tikməyi planlaşdırır.

KİV-in məlumatına görə, sözügedən baza Pakistanın liman şəhəri olan Qvadarda tikiləcək. Bu şəhər Ərəbistan dənizində strateji mövqeyə malikdir. Obyekt Çinin xaricdə sayca ikinci bazası olacaq. Birincini isə 2016-cü ilin avqustuda Cibutidə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) bazası yaxınlığında tikməyə başlayıblar.

Qvadar limanının abadlaşdırılmasına 622 milyon dollar xərcləmək planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol