Menu

Nazir və müavini cərimələndi

10.01.2018, 12:43
Nazir və müavini cərimələndi

Gürcüstanın Dövlət Xidməti Bürosu müdafiə naziri Levan İzoriyanı 1000 lari məbləğində cərimələyib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, buna səbəb nazirin əmlak bəyannaməsində aşkar olunmuş qeyri-dəqiq məlumatlar olub.

Büronun məlumatına əsasən, L. İzoriyanın bəyannaməsi ötən il nəzərdən keçirilib. Nazirin müavini Giorgi Butxuziyə qarşı da eyni səbəbə görə 1000 lari məbləğində cərimə tətbiq olunub.

Cərimə olunmuş digər rəsmi şəxslər arasında prezidentin müşaviri Pikria Çixradze ilə yanaşı, bir neçə keçmiş və hazırkı dövlət məmurları da var.

Şərhlər

Vətəndaş 2018-01-10 12:43:35

Bəs Azərbaycanda niyə gəlir deklerasiyası tələb olunmur?
Bunun səbəbi nədir və kimlər mane olur?

sara 2018-01-10 12:43:35

Bu cür yoxlanışlar Azərbaycanda aparilsa, büdcəyə milyardlarla vəsait daxil olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol