Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə çox sayda məsələlər daxil edilib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə MDB müdafiə nazirləri Şurasının Astanada keçirlən toplantısında işitrak edir.
ANS TV-nin məlumatına görə, Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə çox sayda məsələlər daxil edilib. Bu mövzular sırasına minalaradan təmizləmə işləri, uçuşların təhlükəsizliyinin təmin olunması, yerlərdə kimyəvi, radioaktiv və bioloji vəziyyətin yoxlanması və qiymətləndirilməsi, eləcə də kosmik aparatların birgə istifadə olunması məsələləri müzakirə olunur.
İclas zamanı hərbi qurumlarda kadr və maliyyə məsələləri, hərbçilərin sosial vəziyyəti və qarşılıqlı ixtisasartırma kimi məsələlələr də gündəliyə daxildir.


Şərhlər