Menu

“Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq” - İlham Əliyev

10.01.2018, 18:15
“Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq” - İlham Əliyev

“Ötən il Azərbaycanda baş verən önəmli hadisələr sırasında Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarını qeyd etmək olar. İdmançılarımız komanda hesabında birinci yerə çıxdılar” .

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. O deyib ki, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması barədə qərar bizim bir daha öz tarixi köklərimizə bağlılığımızı göstərib: “Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol