Menu

Bayılda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb

11.01.2018, 12:07

olkenin-bu-erazisinde-boyuk-sokuntu-islerine-baslanildiBakı şəhəri, Səbail rayonunda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb.

"Report" xəbər verir ki, hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Hacıyev Asif Qurban oğlu evinin həyətyanı sahəsində durarkən yaxınlıqdakı evlərin söküntü işi aparılırmış. Söküntü zamanı kərpic onun baş nahiyəsinə düşüb. Nəticədə A.Hacıyev kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol