Menu

Erməni silahı susmaq bilmir

05.07.2014, 13:59
Erməni silahı susmaq bilmir

Ermənistan ordusu sutka ərzində atəşkəsi 42 dəfə pozub

Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri iyulun 4-də və 5-nə keçən gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şıxlar, Şuraabad, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol