Ukraynanın Xarici İşlər Nazirliyində məxfi kəşfiyyat materialları var ki, Rusiya Ukraynanın şərqinə hərbi müdaxilə imkanlarını nəzərdən keçirir. Musavt.com-un Ukrayna informasiya qaynaqlarına istinadən verdiyi məlumata görə, bunu nazirliyin İnformasiya Siyasəti Departamentinin direktoru Yevgeni Perebiynis “5-ci kanal”ın efirində Rusiya təhlükəsi barədə danışarkən deyib.
Qurum yetkilisi qeyd edib ki, Rusiyanın belə bir ssenarisinin olduğu və onu nəzərdən keçirməkdə davam etdiyi haqda məlumatlar var. “Odur ki, biz buna ciddi yanaşmalı və hər şeyə hazır olmalıyıq”, - deyə XİN rəsmisi vurğulayıb.
Bununla belə, onun fikrincə, Rusiya buna getməz, çünki cəbhədəki vəziyyət və geosiyasi vəziyyət onun tərəfində deyil.
Son günlər Ukrayna güc strukturları ölkənin şərqini separatçılardan təmizləmək üçün uğurlu əməliyyatlar keçirir.


Şərhlər