Menu

Hakim qanunvericiliyi kobudcasına pozduğuna görə işdən çıxarılıb

11.01.2018, 19:50
Hakim qanunvericiliyi kobudcasına pozduğuna görə işdən çıxarılıb

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol