Menu

“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib

11.01.2018, 23:40
“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan edib

“Pirelli” şirkəti 2018-ci il mövsümündə “Formula-1”in Azərbaycanda keçiriləcək Qran-pri mərhələsində istifadə oluna biləcək rezin tərkibləri barədə məlumat yayıb.

“Report” xəbər verir ki, Bakıda “UltraSoft”, “SuperSoft” və “Soft” şinləri komandaların ixtiyarında olacaq.

“SuperSoft” və “Soft” icbari elan edilib. “Pirelli” 2017-ci ildə Bakıya “SuperSoft”, “Soft” və “Medium” şinləri gətirib.

Bakı trassasının şəhər tipli olmasına baxmayaraq, “Pirelli” bu mərhələdə yeni şindən – “Hipersoft” adlı ən yumşaq tərkibli şindən istifadəyə qarar verməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol