«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvar sesiyasına nümayəndə heyəti göndərmək niyyətində deyil.
Bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy xəbər verib. O, parlamentin aşağı palatasında beynəlxaq fəaliyyəti kurasiya edir.
Tolstoyun sözlərinə görə, AŞPA-nın reqlamentinə milli numayəndəliyin diskriminasiyası məsələsinə zəmanət daxil edilməyib.
Tolstoy eyni zamanda, qeyd edib ki, Rusiya və AŞPA-nın nümayəndələri hər zaman dialoqdadırlar.
Xatırladaq ki, Rusiyanın nümayəndə heyəti 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra, AŞPA-da əsas səlahiyyətlərindən məhrum edilib.


Şərhlər