Menu

Rektordan şok qərar - "Milli Qəhrəman" adı verdi (FOTO)

12.01.2018, 15:00
Rektordan şok qərar - "Milli Qəhrəman" adı verdi (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Qarabağ müharibəsinin iştirakçısı, olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif edib.

Yenicag.az xəbər verir ki, Hüseynova verilən vəsiqədə o, Milli Qəhrəman kimi təqdim olunub.

Qeyd edək ki, İbad Hüseynov “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsa da, onun adı Milli Qəhrəmanlarımızın siyahısında yoxdur. “Azərbaycanın Milli Qəhrəmanı” adı yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

Maraq üçün onu da bildirək ki, Gülçöhrə Məmmədova 4-cü çağırış Milli Məclisin deputatı olub.

"AzPolitika" xatırladır ki, İ.Hüseynov tez-tez məşhur erməni terrorçusu Monte Melkonyanı öldürməsi iddiası ilə gündəmə gəlir. Lakin bununla bağlı fikirlər müxtəlifdir. Belə ki, Monte Melkonyanın öldürülməsi ilə bağlı “258 nömrəli PDM-in ekipajı” adlı sənədli film çəkilib.

Filmdə 258 nömrəli Piyadaların Döyüş Maşının (PDM) ekipajının 1993-cü il iyunun 12-də Azərbaycanın Ağdam rayonunun Mərzili kəndi uğrunda döyüşlərdə məşhur erməni terrorçusu Monte Melkonyanı necə məhv etməsindən bəhs edilir. Film Melkonyanın məhz həmin vaxt və həmin yerdə öldürüldüyünü əsaslı şəkildə sübut edərək, Qarabağ qazisi İbad Hüseynovun Monte Melkonyanı şəxsən öldürməsi barədə bütün iddialarını əsaslı şəkildə rədd edir.

Film “ASALA” terror təşkilatının başçılarından birini kimin və harada məhv etdiyi haqqında uzun mübahisələrə nöqtə qoyur.

Şərhlər

E, Əliyev 2018-01-12 15:00:23

Gedib təhsillə məşğul olmaq əvəzinə görün nə işlə məşğul olur. Deyəsən nazir kürsüsü uğrunda mübarizə başlayıb. Hərə bir fokus göstərir. Başa düşmürlər ki, köhnə təfəkkürlü rəhbər vəzifə tutanlarla artıq üzülüşürlər.

G.M 2018-01-12 15:00:23

Üfürüb şar dombaltmaq,qarışqadan Fil...Fili Qarışqa eləmək köhnə peşəmizdir.Milli Qəhrəmanlarımızın yarıdan çoxu bu adı necə alıb bilmirəm..bir metr də torpaq almamaşıq.Qarabağ döyüşlərində Qəhrəmanlıq göstərənlərin qarşısında Baş əyirəm.

Oqtay 2018-01-12 15:00:23

Gedib ermənidən soruşaq görək kim vurub?

SAXTA MİLLİ QƏHRƏMANLARDAN 2018-01-12 15:00:23

AZERBAYCANDA MOVCUD OLAN ERMENİ-XAİES MAFİYASININ XÜSUSİ DESTEYİYLE 1 SM TORPAQ ALMADAN GENERAL-LEYTENANT VƏ HEÇ BİR ŞƏXSİ ŞÜCAİƏT VƏ RƏŞADƏT GÖSTƏRMƏDƏN SAXTA "MİLLİ QƏHRƏMAN OLAN" ....OV KİMİ SAXTA QƏHRƏMANLARDAN İBAD HÜSEYNOV ƏSL MİLLİ QƏHRƏMANDIR!

AAgahuseyn 2018-01-12 15:00:23

Qarabaq müharbəsində iştirak edən hər bir soydaşımız qəhramandır.Onun arxada əzabını cəkən insanlarımız yaxşı bilir hər bir şəhidi onun valideyininə ğöstərmək nə deməkdir.Onları cirkin əməllərinizə qatmayın.MÜHARİBƏNİN Şəhididə-Qazisidə-İştirakcısıda MİLLİ QƏHRAMANDIR.Dezertilər istisna olmaqla.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol