Fransanın nüfuzlu “Figaro” qəzetinin yaydığı xəbərə görə, Fransa hökuməti keçmiş İraq prezidenti Səddam Hüseynə məxsus olan 20 milyon ABŞ dolları pulu hazırkı İraq hökumətinə qaytarmaqdan imtina edib.
Avropa.info-nun verdiyi xəbərə görə, bu puldan əlavə keçmiş İraq məmurlarının Fransa banklarında çoxlu sayda pulları var.
BMT- də Fransa hökumətinə çağırış edərək Səddam Hüseynin və keçmiş İraq məmurlarının adına olan pulları indiki İraq hökumətinə qaytarmağı təklif etsə də, Fransa bankları hələ ki, pulları qaytarmaq fikrində deyil.
Qeyd edək ki, Səddam Hüseynin və onun məmurlarının dünyanın müxtəlif yerlərində olan bank hesabları İraq hökumətinə qaytarılsa da, Frana hələ ki, bu addımı atmayıb.


Şərhlər