Menu

"Space"-in həbsdə olan aparıcısından xəbər var

05.07.2014, 15:17
"Space"-in həbsdə olan aparıcısından xəbər var

Həbsdə olan teleaparıcı İlham Mirzəyevin həbs müddəti uzadılıb.

Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İ. Mirzəyevin həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol