Menu

"Neftçi" Türkiyədə Rusiya klubu ilə yoldaşlıq oyunu keçirəcək

14.01.2018, 20:02
"Neftçi" Türkiyədə Rusiya klubu ilə yoldaşlıq oyunu keçirəcək

Bakının "Neftçi" klubu Türkiyədə təlim-məşq toplantısı çərçivəsində Rusiyanın "SKA-Xabarovsk" komandası ilə yoldaşlıq oyunu keçirəcək.

APA-nın "championat.com" saytına istinadən verdiyi məlumata görə, görüş yanvarın 22-də yerli vaxtla saat 16.00-da baş tutacaq.

Bundan əvvəl isə "SKA-Xabarovsk" komandası yanvarın 20-də Albaniyanın Tirana komandası ilə hazırlıq matçına çıxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol