Menu

Bakıda daha bir yol bağlanır

05.07.2014, 17:03
Bakıda daha bir yol bağlanır

Bu gün Bakının Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, yol cizgilərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə adıçəkilən küçə saat 22:00-dan etibarən bağlanacaq.

Sürücülərə alternativ olaraq Həsənoğlu küçəsindən istifadə etmələri tövsiyə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol