Menu

Nursultan Nazarbayev ABŞ-a səfər edib

16.01.2018, 09:54
Nursultan Nazarbayev ABŞ-a səfər edib

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ABŞ-a rəsmi səfəri başlayıb.

APA-nın xəbərinə görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.

“Səfər zamanı prezident Nursultan Nazarbayev ABŞ prezidenti Donald Tramp, ABŞ rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşəcək”, məlumatda deyilir.

Qazaxıstan prezidenti həmçinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol