Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akara ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.“Report” TRT-yə istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq.
Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.
Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.
Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin toplantısı keçiriləcək.
ABŞ terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-dən ibarət 30 minlik “qoşun” qurmaq niyyətindədir.


Şərhlər
Ne,Turkiyede,ne Iraqda,ne Iranda,ne Suriyada nede bizde satqina,xeyenete(PKK,PYD,YPG-ye) yasayis olmayacaq,onlarin yeride Pensilvanyadir.Onlar hec vaxt Kurd qardaslarmizi,temsil etmir,nede etmeyecekler!Amerkasiz,Rusiyasiz elede AB-siz,TURK-KURT cox qedimden,bir yasayiblar ve yasayacaqlar,onlarin hiyleqer mudaxilesi bas tutmayacaq.Nece ki, Cenubu Koreya ile Simali Koreyada olduqu kimi.Amerka arada,telxey kimi,qaldi.Iki qardas,onlarsiz barisdilar ve barsacaqlar.Elede TURK-KURT birdir,birlikdede yasayacaqlar