Menu

İlk nanopeyk orbitə çıxdı

05.07.2014, 22:35
İlk nanopeyk orbitə çıxdı

Sinqapurun ilk nanopeyki uğurla yerətrafı orbitə çıxarılıb. Bu barədə Channel News Asia nəşri məlumat verib. Peykin 2-3 aydan sonra fəaliyyətə başlayacağı gözlənilir.

Nanyan Texnoloji Universitetinin alim və tələbələri tərəfindən yaradılan Velox-1 peyki texniki xüsusiyyətlərinə görə unikaldır. Belə ki, nanopeykdə ölçüsünə görə adi mobil telefonu ötməyən Velox-R3 pikopeyki quraşdırılıb.

Milli.Az bildirir ki, peykin başlıca vəzifəsi qrafik informasiyanın toplanması və ötürülməsi, eləcə də müxtəlif texnologiyaların, o cümlədən peyklərarası rabitənin yoxlanılması olacaq. Hazırda orbitdə artıq qeyd olunan universitet tərəfindən yaradılan iki peyk var.

İlk nanopeykin buraxılması iyunun 30-da Hindistanın raketdaşıyıcısı vasitəsilə Şriharikota adasında yerləşən kosmodromdan həyata keçirilib.

Qeyd edək ki, ötən ilin əvvəlində Sinqapurda bütün elmi mərkəzlərin işini koordinasiya edən Kosmik Texnologiyalar və Sənaye İdarəsi yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol