Menu

«ABŞ-Pakistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq» - Cozef Danford

17.01.2018, 00:37
«ABŞ-Pakistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq» - Cozef Danford

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) silahlı qüvvələri (SQ) qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford bəyan edib ki, hazırda Pakistanla ABŞ arasında problemlərin yaşanmasına baxmayaraq, ölkəsinin Pakistala daha effektli qarşılıqlı münasibətlər qurmasının tərəfdarıdır. Amerikalı hərbçi bu mövqeyini Brüsseldə jurnalistlərlə söhbət zamanı ortaya qoyub.

«İndi hər şeyin yaxşı olması fikiri ilə razılaşmağa hazırıqmı? Yox! Amma biz, Pakistanla daha effektli münasibətlərin qurulmasına tərəfdarıq? Bəli və mən, bundan imtina etmirəm» - deyə, «Röyter» agentliyi Amerikalı generaldan sitat gətirir.

«Mən, qarşılıqlı münasibətləri (ABŞ-Pakistan münasibətləri - red.) açıq şəkildə müzakirə etmək fikrində deyiləm, çünki onları tənzimləməyə meyilliyəm. Mən inanıram ki, hər iki ölkənin silahlı qüvvələri arasında dialoq... bu, doğru yanaşmadır» - deyə, Danford qeyd edib.

Yanvarın əvvəlində Dövlət Departamenti təhlükəsizlik sferası üzrə Pakistana yardımın dayandırılması barədə qərarını elan edib. Pentaqonun hərbi əməkdaşlıq İdarəsinin nümayəndəsi Patrik Evans bildirib ki, ABŞ Pakistan üçün nəzərdə tutulmuş ən azı 900 milyon dollar vəsaiti dondurub. Bu pullar antiterror əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol