Menu

Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

17.01.2018, 18:17
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib

Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi vəzifəsi ləğv edilib.APA-nın məlumatına görə, bu, Prezident Administrasiyasının bu gün yenilənən strukturunda əksini tapıb.

Prezident Administrasiyasının 31 may 2017-ci ildə təsdiqlənmiş yeni strukturunda Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi yer alıb və bu vəzifəyə indiyə qədər təyinat olmayıb.

Bu gün isə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsi Prezident Administrasiyasının strukturundan çıxarılıb, bu vəzifə Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsi kimi verilib.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri vəzifəsinə isə Etibar Nəcəfov təyin edilib.

Şərhlər

hərbi pensiyaçı 2018-01-17 18:17:08

Bu yoldaşlardan hörmətli şeyx A.Paşazadə imtahan götürməlidir. Görəsən bizim dövlət məmurlarımız kəlmeyi-şahadətlərini bilirlər ya yox?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol