Menu

"Xütbə oxuyan şəxs İŞİD lideri deyil" - İraqdan şok təkzib

06.07.2014, 09:04
"Xütbə oxuyan şəxs İŞİD lideri deyil" - İraqdan şok təkzib

İraq hökuməti İŞİD lideri Əbubəkr əl Bağdadiyə aid olduğu iddia edilən görüntülərin saxta olduğunu iddia edib.

Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü general Saad Maan açıqlamasında qəti şəkildə bildirib ki, bu gün yayımlanan görüntülərdə xütbə oxuyan şəxs Bağdadi olmayıb.

Nazirlik nümayəndəsi Bağdadinin bir neçə gün əvvəl təşkil edilən hava hücumunda yaralandığını və müalicə üçün Suriyaya aparıldığını vurğulayıb.

Qeyd edək ki, bu gün internetdə yayılan görüntülərdə İŞİD lideri Əbubəkr əl Bağdadi olduğu iddia edilən şəxs xütbə oxuyaraq müsəlmanlara müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol