Menu

Nazir Hüseyn Bağırov vətəndaşların qəbulunu keçirəcək - İmişlidə

18.01.2018, 13:09
Nazir Hüseyn Bağırov vətəndaşların qəbulunu keçirəcək - İmişlidə

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 25 yanvar 2018-ci il tarixində saat 10:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 2) İmişli, Zərdab, Füzuli, Beyləqan, Xocavənd və Laçın rayonlarının vətəndaşlarını qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi (ünvan: Aşıq Ələsgər 21) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-579-74-79, 050-463-39-91, 021-24-6-60-52) xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol