Menu

Məhbus jurnalistlər xəstəxanaya yerləşdirildi

06.07.2014, 09:12
Məhbus jurnalistlər xəstəxanaya yerləşdirildi

“Əl-Cəzirə”-nin Misirdə mühakimə olunan 3 jurnalisti xəstəxanaya yerləşdirilib.

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Kanada və Misir vətəndaşı Məhəmməd Fəhmi əlindən cərrahiyyə əməliyyatı olunacaq. O, həbsdən öncə, 2013-cü ilin dekabrında xəsarət alıb. Onun azadlığı uğrunda mübarizə hüquq müdafiəçiləri bildirib ki, həbsdə onun sağlamlıq durumu ağırlaşıb və yarası sağalmayıb.

O, həmkarları Piter Grest və Baxerlə 7 il azadlıqdan məhrum olunub. Misir məhkəməsi hər üç jurnalisti “Müsəlman qardaşları” hərəkatını “dəstəkləməkdə”, eləcə də “yalan informasiya yaymaqda” ittiham edib.

Avstraliyalı jurnalist Piter Grest “əl-Cəzirə”dən öncə “BBC”-də işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol