Menu

“Bu, qələbə deyil, sıçrayışdır” - Poroşenko

06.07.2014, 09:15
“Bu, qələbə deyil, sıçrayışdır” - Poroşenko

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, ölkənin şərqində, Donetsk vilayəti Slavyansk şəhərinin rusiyayönlü terrorçulardan təmizlənməsi “tam qələbə deyil, nəzərəçarpan sıçrayışdır”.

“BBC”-nin məlumatına görə, 3 aydan sonra Kiyevin bu şəhər üzərində nəzarəti bərpa etməsini o, ölkənin ərazi bütövlüyü uğrunda mübarizədə “dönüş nöqtəsi” adlandırıb.

Xatırladaq ki, rusiyayönlülər Kramatorsk yaşayış məntəqəsindən də çıxarılıblar.

Slavyanskdan çıxarılan rusiyayönlü terrorçular Donetskə doğru hərəkət ediblər. Onlar şəhərlərdən çıxmalarını “taktiki geri çəkilmə” adlandırıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol