Menu

Nigeriyada qanlı toqquşma

06.07.2014, 09:27
Nigeriyada qanlı toqquşma

Nigeriya ordusu ölkənin şimal-şərqindəki Borno ştatında “Boko Haram” qruplaşmasının 53 üzvünü məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Boko Haram” yaraqlıları iyulun 5-də Damboa şəhərində yerləşən hərbi bazanı ələ keçirməyə cəhd ediblər.

Nigeriyanın müdafiə nazirliyi döyüşdə 6 hərbçinin həlak olduğunu bildirib.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol