Menu

Terror təşkilatı ən-Nusra Azərbaycanı hədələdi- Foto

07.07.2014, 00:41
Terror təşkilatı ən-Nusra Azərbaycanı hədələdi- Foto

Sabirabadda zorla saqqalı qırxılan vəhhabi ilə bağlı xəbərlərə xaricdən reaksiya gəlib. Suriyda Əsədə qarşı vuruşan ən-Nusra Terror təşkilatı adından Azərbaycan hədələnib. Musavat.com-un xəbərinə görə, Suriyada döyüşən azərbaycanlıların sözcüsü olaraq bilinən Furkan Azeri adlı şəxs sosial şəbəkə vasitəsilə hədələrini yollayıb.

O, rəsmi "Twitter" hesabından "Sabirabadda yaşananların intiqamı alınacaq, unutmayacağıq",- deyib: "Azərbaycanın Sabirabad şəhərində zorla saqqalı kəsilən qardaşımızı əsla unutmayacağıq və unutdurmayacağıq".

Qeyd edək ki, bundan əz əvvəl bu hədəni İŞİD terror təşkilatı adından təqdim etmişdik. Lakin sonradan apardığımız dəqiqləşdirmələr göstərir ki, Furkan Azeri İŞİD-ın deyil, təkfirçilərin digər terror hörgütü olan ən-Nusranın üzvüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol