"QARŞIMIZA KİM ÇIXIRSA ÇIXSIN, ƏZİB KEÇƏRİK..." - Ərdoğan + VİDEO - FOTOLAR

Yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri tərəfindən başladılan “Zeytun budağı əməliyyatı” ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib. "AzPolitika.info"nun Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bu gün Bursada bir konqresdə çıxış edən türkiyə prezidenti Afrin əməliyyatının yaxın zamanda sonlanacağını deyib.

Hər saat Afrin əməliyyatı ilə bağlı məlumat aldığını deyən prezident Ərdoğan geri addım atmayacaqlarını da qeyd edib: "Davamlı olaraq əlaqə saxlayıb məlumat öyrənirik, gedişatı izləyirik. Əsla geri addım atmayacağıq. Bu dəqiqələrdə havada, quruda, cəbhədə olan mehmetciyimizi və Azad Suriya ordusunu dualarınızla yalnız buraxmayın. İnşallah çox qısa bir zamanda əməliyyatı bitirəcəyik".

Ərdoğan Türkiyənin Arfində milli mücadilə apardığını bildirib: "Burada PKK-nın, PYD-nin, YPG-nin bir nəfəri qalmayacaq, hamısının işini bitirəcəyik. Bu bir milli mücadilədir, qaşımıza kim çıxarsa çıxsın, əzib keçərik, bu da belə bilinsin."

 ***

Türkiyə ordusu Suriyanın şimalındakı Afrində PKK, PYD, YPG  və İŞİD terrorçularına öldürücü zərbə vurub. "AzPolitika.info" xəbər verir ki,  Türkiyənin 72 savaş təyyarəsi  əməliyyata qoşulub, terrorçuların sığındığı məntəqələr, depolar  bombalanıb. Terrorçuların olduğu 108 hədəf məhv edilib, silah depoları sıradan çıxarılıb. Çoxlu sayda terrorçu məhv edilib.  Afrində terrorçuların istifadəsində olan təyyarə limanı sıradan çıxarılıb. Bununla da terrorçuların kənardan dəstək almaq imkanı yox edilib.

Bu zərbələrin ardınca "Suriya Azadlıq Ordusu" Arfinin mərkəzinə doğru irəliləməyə başlayıb. Hazırda terrorçularla döyüşlər davam edir...

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalındakı Afrinin PKK, PYD terrorçularından təmizlənməsi üçün hərbi əməliyyatın başlandığını elan etməsindən sonra Silahlı Qüvvələrin Baş qərargahı əməliyyatın kod adını açıqlayıb. Bu açıqlamaya əsasən Afrinin PKK-ya bağlı kürd terrorçu qruplarından təmizlənməsini hədəfləyən əməliyyat “Zeytun budağı” adlanır. “Zeytun budağı” əməliyyatı qədimlərdə müharibə vəziyyətində olan tərəflərdən birinin digərinə sülh təklifinin rəmzi kimi istifadə olunub. Lakin Türkiyə ordusu “zeytun budağını” sərhədin o tayına çatdırmazdan əvvəl aviazərbələrə və artilleriya hazırlığına başlayıb.

Türkiyə telekanallarının xəbərlərinə görə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri Afrindəki hədəflərə zərbə endirir, eyni vaxtda Türkiyə ordusunun artilleriyası və reaktiv yaylım atəşi sistemləri bölgəni intensiv atəşə tutur. Xəbərlərə görə Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu”nun dəstələri artıq sərhədi keçib və PYD qüvvələri ilə döyüşə girib. Türkiyə xüsusi təyinatlılarının da sərhədi keçərək aviasiya və artilleriya zərbələrini yönləndirdiyi bildirilir.

Gözlənilir ki, Türkiyə ordusunun quru hissələri artilleriya hazırlığının ardınca sərhədi keçəcək.

erdoqan_704cba3ba58a6fd26da4e09e4bf87a

Ərdoğan isə elan edib ki, Afrinlə kifayətlənməyəcək, YPG-nin nəzarətində olan Menbiç bölgəsini də təmizləyəcək: "Afrində əməliyyat faktiki olaraq başlayıb. Daha sonra Münbiç əməliyyatı gələcək. ABŞ-ın nə dediyi artıq bizi maraqlandırmır”.

R. T. Ərdoğan ABŞ-ın Suriya siyasətini yenidən tənqid edib. O vurğulayıb ki, Suriyada özləri üçün bir oyun quranlar, terror qruplaşmasının adını dəyişdirməklə hiylə işlədiklərini sanırlar: "Bizim gözümüzdə adı nə olursa-olsun, terrorçulardan ibarət istənilən təşkilatın adı terror qrupudur. İstər onun adı Suriya Demokratik Qüvvələri, istər “sərhəd ordusu”, istərsə də daxili təhlükəsizlik qoşunu olsun. Siz kimi aldadırsınız. Bu qruplaşmanın adı PKK, PYD, YPG-dir... Onların nə dedikləri bizi maraqlandırmır, ərazidə konkret nə baş verir, ona baxırıq”.

Türkiyə prezidenti onu da vurğulayıb ki, ABŞ öz səhvini anlayacaq: “Narahat olmayın, terror təşkilatına güvənməyin nə qədər yanlış olduğunu görəcəklər. Bu bölgədə Türkiyədən başqa çalışa biləcəkləri başqa müttəfiq tapa bilməyəcəklərini öyrənəcəklər”.

 

 

***

"Suriya Azadlıq Ordusu"nun qruplaşmaları Afrində PKK-nın Suriya qolu PYD və YPG terrorçularına qarşı hücuma başlayıb. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, "Suriya Azadlıq Ordusu" Əsəd hakimiyyətinə, habelə terrorçu PKK-nın bu ölkədəki birləşmələrinə qarşı müxalif mövqedədir.

Daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrində hərbi əməliyyatların başlandığını bildirib.

635x100

Şərhlər

Azad 2018-01-21 19:30:36

Allah üstləriycə olsun. Uğurlar və böyük qələbə arzulayıram.İrəli TÜRKİYƏ !

t.ədalət 2018-01-21 19:30:36

Türkiyə özünə qayıdır.Tezliklə bizim Qarabağ dərdimiz də çözüləcək.Azərbaycandakı rus cəsus şəbəkəsi Suriyadakı PKK-çılar qədər təhlükəli və iyrəncdir.İnşəllah,bizdəki casuslar da tezliklə tərksilah olunarlar.Öz vətəninə və xalqına qənim olmaq,QRU-nun üzvü kimi dövlətçiliyimizə badalaq atmaq nə qədər aşağılayıcı bir əxlaqdır.Belələri,adətən, kəbinsiz ailədə dünyaya gələnlər arasından çıxır..

Anar 2018-01-21 19:30:36

TÜRKİYƏ sərhədlərində böyük bir savaşa girdi.Abş-a Regionda kimin lider olduğunu bir daha anlatmaq üçün. Bizim dövlət isə torpaqları işğal altında olmasına rəğmən sadəcə yaş tutub şəhidləri anmaqla təsəlli tapır.Şəhidləri anmamız lazımdir amma onların qanının alınması üçün torpaqları mütləq azad etmək boynumuzun borcudur

Türk 2018-01-21 19:30:36

Allah Türk qardaşlarımıza kömək olsun, düşmən gülləsindən hər bir türk əsgərini qorusun!

Müfəttiş 2018-01-21 19:30:36

Türkiyə bununla həm də bütün türk düşmənlərinə göstərir ki, əgər Qarabagda hərbi əməliyyatlar başlasa əvvəlki kimi seyrçi mövqe tutmayacaq. Təhlükəni isə Amerikadan deyil, Rusiyadan gözləyirəm. Putin elə hesab edirdi ki, Türkiyəni elə hipnoz edib ki onun məsləhəti olmadan Ərdogan hərbi əməliyyatlara cəsarət etməz.Amma bir az səhv ediblər....

Kerimov Sehriyar 2018-01-21 19:30:36

Erdogan bu hereketi mene cox qurur verir,turke yarasan ve esl turk lideri kimi sozu bir kete soyleyir ve sozunun ustunde durur.eger suriya erazisinde bu hucum herekati olmasaydi boyuk israil dovleti,ardinca kurd dovleti,daha sonra boyuk ermanistan.elave olaraq turkiye hec bir muselman dovletine inanmalidir.turkun turkden basqa dostu yoxdur.insallah turkiye hokumeti rusiyanida diz cokudurecek.tarixi turk torpaqlarini alacaq.yasasin turk dunyasi,yasasin Erdogan.

OQTAY 2018-01-21 19:30:36

ALLAH,Turk ordusunu qorusun!!!Yatmis Aslani,caqqal-cuqqal acaib sesle (rusca-ingilizce) qaldirirsa,demeli dersi basindan cixmaq vaxti gelibdir.Insaallah TURAN,tezlikle qurular ve Qarabaq,Irevan torpaqlarmiz 2018-ci,ilde biter!Afrinde elede,butun coqrafiyalarmizda,manqurtlar mehv,olarlar ve mehv olmaqa mehkumdurlar.On min illerle bir yerde yasamis,qardas Kurt-Turk bir olublar,bir olacaqlar,bu bizim ortaq kadermizdir.Sozde boyuk devletler dediymizler,gobelek kimi yaqisdan sonra peyda olublar ve sonlari catib!

Kamal 2018-01-21 19:30:36

Erdogan müxalifetle beraber hem daxilde hem xaricde ugur qazanır ve isteyne nail olur, bes bizdə....

x 2018-01-21 19:30:36

ALLAHIM BIZE DE QEYRET NESIB EYLE QURUR HISSI KECIRDIM TURK OLDUGUM UCUN UTANDIM SEHIDLERIMIZE YAS SAXLADIGIMIZ UCUN ILAHI BIR GUN BIZDE MESCIDLERIMIZE TOPLASIB QARABAGI AZAD EDEN ESGERLERIMIZE DUA EDEK MILLET KIMI QURURLAYASAYAQ AXI HER SEYINDEN CANINDAN KECEN OGULLARIMIZIN QIZLARIMIZIN NARAHAT RUHLARI QARSINDA UTANMAYAQ AMIN

Fəradi 2018-01-21 19:30:36

"Yol ver türkün bayrağına". Daha böyük zəfərlər diləyirəm. "Zefer, zefer benimdir diyebilenindir" - Musatafa Kamal Paşa Atatürk. İNŞALLAH XXI əsr türk əsri olar.

Son yazılar