Menu

Nabranda polis reydində dava düşdü - Fotolar

07.07.2014, 09:42
Nabranda polis reydində dava düşdü - Fotolar

Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsi (RPŞ) Yol Polisi Bölməsinin əməkdaşları həftə sonu Nabran qəsəbəsi ərazisində reyd keçiriblər.

Reyd zamanı yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokol tərtib edilərək, qanunamüvafiq tədbirlər görülüb. Bəzi hallarda sürücülər polis əməkdaşlarını tələblərinə əməl etməkdən boyun qaçırdıqda tərəflər arasında qarşıdurma yaranıb.

Xaçmaz Dövlət Yol Polisi Bölməsinin rəisi Əliağa Əsgərbəylinin verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 62 sürücü barədə protokol tərtib edilib. Əliağa Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol