AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 2018-ci ildə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) ilk sessiyası bu gün öz işinə başlayır.
Artıq məlum olduğu kimi, Rusiyanın nümayəndə heyəti sessiyada iştirak etməyəcək.
Bundan əvvəl Dövlət Dumasında bildiriblər ki, cari ildə AŞ PA-a Rusiya nümayəndə heyətinin səlahiyyətlərini təsdiq edən sifariş göndərmək fikrində deyillər.
İclas iştirakçıları Assambleyaya yeni sədrin seçilməsi məsələsini müzakirə edəcəklər. Ötən ilin oktyabrında yaranmış qalmaqala görə, İspaniyalı siyaçətçi Pedro Aqramunt bu postdan istefa vermişdi. Avropa parlament nümayəndələri onu Rusiya Dövlət Dumasının deputatları ilə birlikdə Suriyaya səfər etdiyinə görə, tənqid atəşinə tutmuşdular.
AŞ PA-nın yeni sədri postuna İtaliyalı parlament nümayəndəsi Mikel Nikolettinin seçiləcəyi gözlənilir. Avropa Şurasının yeni komisarı postuna isə seçkilər sabah keçiriləcək.


Şərhlər