Rusiyada "Tropa Troyanova" adlı təriqətin lideri Aleksey Şevtsovun müridlərini döyən zaman çəkilmiş görüntüləri meydana çıxıb.
Musavat.com-un milliyet.tv-yə istinadən verdiyi məlumata görə, insan döymənin Rus xalq ənənəsində "xüsusi yerinin" olduğunu iddia edən Prof. Dr. Aleksey Şevtsov, müridlərini xüsusi vəhşiliklə sillələyir, çubuqla döyür.
Belə ki, Sevtsovun müridlərindən olan bir qadını döyərkən internetdə paylaşılan görüntülər, Rusiyanı ayağa qaldırıb. 6 aylıq hamilə olduğu iddia edilən qadının yanına gələn Şevtsov, əvvəl ona nalayiq sözlər deməyə başlayır, daha sonra isə faciəvi şəkildə döyür.
Yayılan görüntülərdə ən əsas diqqət çəkən məqamlardan biri isə qadının üzünü dəfələrlə sillələyən "təriqət lideri"nə salondakı insanların səssiz qalması olub.


Şərhlər