Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı kulis.az-a müsahibəsində görkəmli ziyalı Xudu Məmmədovla xatirələrindən danışıb. O, bildirib ki, X.Məmmədovla ikinci görüşü 1988-ci ilə təsadüf edib: "Xudu Məmmədov elə həmin tarixdə vəfat etmişdi. Dram teatrının yanında bir muzeydə yığıncaqdaydıq. Orda xalq hərəkatı haqqında söhbətlər gedirdi. Xudu Məmmədov da millətini sevən alim idi. Çox da nəhəng alim. Orda onu əsəbiləşdirdilər...
...Zərdüşt Əlizadə onu əsəbiləşdirdi. Və ordaca Xudu Məmmədovun ürəyi partladı. Bu bizim son görüşümüz idi. Xudu Məmmədov orda Milli Azadlıq Hərəkatına sədaqətini nümayiş etdirirdi. Zərdüşt Əlizadə də onun əleyhinə getdi. Xudu müəllim də möhkəm əsəbiləşdi”.
Tanınmış politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında Fəzail Ağamalının səsləndirdiyi ittihama münasibət bildirib: “Fəzailin heç xəbəri yoxdur ki, həmin muzey dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyidir. Heç o, həmin tədbirdə olmayıb. Sadəcə, ucundan-qulağından eşitdiklərini özünə sərf edən şəkildə danışır. Həqiqətən də orada Xalq Cəbhəsinin yaradılması ilə bağlı iclas keçirilirdi. İclasda Azərbaycanın bir neçə görkəmli ziyalısı - Fərhad Bədəlbəyli, kinorejissor Eldar Quliyev və Xudu Məmmədov iştirak edirdi. Təxminən 70-ə yaxın adam vardı. Görüş zirzəmidə təşkil edilmişdi. Hətta pilləkənlərdə də insanlar əyləşmişdi. Görüşdə Xalq Cəbhəsinin proqram layihəsini öz əlimlə yazıb, çap edib genişləndirmişdim. Onu maddə-maddə oxudum. Mən oxuyub qurtarandan sonra rəhmətlik Xudu müəllim ayağa durdu və dedi ki, “biz gərək ehtiyatlı olaq. Bizim qarşımızda qəddar və amansız rəqib var. Çalışmalıyıq ki, qarşıdurma, toqquşma olmasın. Hər şey qanun çərçivəsində olmalıdır”.
Bu vaxt Xudu müəllim əyləşəndə bir də gördüm ki, xırıldayır. Həkim komandası tez onu yuxarı qaldırdı. Sonra təcili yardım gəldi və dedilər ki, Xudu müəllim artıq keçinib. Məlum oldu ki, bu, Xudu Məmmədovun keçirdiyi 3-cü infaktdır. Bundan əvvəl 2 dəfə infakt keçirib”.
Zərdüşt Əlizadə həmin görüşdə olan adamların bir çoxunu xatırladığını deyir. “Amma Fəzail Ağamalını orada görməmişdim. Nemət Pənahlı İsa Qəmbərlə, rəhmətlik Məhəmməd Hatəmi qızılbaşlar dəstəsilə gəlmişdi. Xudu Məmmədovu II Fəxri Xiyabanda torpağa tapşıranda xeyli adam vardı. Mən də orda idim. Çox təəssüf edirdim ki, onun kimi görkəmli ziyalı, xalqını sevən insan dünyasını dəyişdi. Sözün düzü, ürəyimdə belə arzu vardı ki, Xalq Cəbhəsinin sədri Xudu Məmmədov olsun. Elə alındı ki, Əbülfəz Elçibəy başının dəstəsi ilə AXC sədri oldu. Başının dəstəsində isə Fəzail Ağamalı kimi təxribatçılar vardı”.
Zərdüşt Əlizadə Fəzail Ağamalının ünvanına bir sıra ağır sözlər də işlədib...


Şərhlər
Əbulfəz Əliyevin ən boyuk xidmətlərindən biri onunla olculə bilər ki, azadliq hərakati adi altinda ətrafina birləsdirdiyi butun quvvələri inandira bildi ki, Azərbaycanda hakimiyyəti yeganə idarə edə biləcək, xalqi fəlakətlərdən qoruyan lider o ozu yox, məhs umumilli liderimiz Heydər Əliyevdir. Buna gorə də onun sadiq hesab etdiyi, Cingiz, Fazil, Fərəc, Fazayil, Musa, İsa və sairləri nə onun nəsihətindən və nə də ki hakim komandadan kənrda qalmadilar.
Əbülfəz Əliyevi tərifləyənlər görmür ki,ərazilərimizin itkisinin başlıca səbəbkarı odur.Görmürlər ki,Ə.Əliyev fəraridir?Vəzifəsini atıb qaçan,ölkəni başsız qoyan adama,məgər tərif söyləyərlər?Başına "topladığı" dəllalların hamısı avaralar idi.Onların ıçərisində ölkə iqtisadiyyatını idarə etmək qabiliyyətində olanlar yox idi.Akademiyanın künc-bucağında gününü siqaret tüstülətməklə keçirən adamlarla ölkə idarə etmək olar?
Veten seven düz yazıb vaxt gelecek bu xalq ebülfez elcibeyin adnı ele ucaldacaq ki tek azerbaycan yox bütün dünya eşidecek inşallah o günlere az qalıb bir azda sebr etmek lazımdı
Ebülfez elcibey evez olunmaz liderdi o hemşe xalqın üreyindedi nece ki şah ismayıl xetayi demiş:meni üreklerde isteyin yalandan şekil ve heykellerimle yox men şekillrmi ve heykellermi küce ve evlerde görmek istemirem bu mene xeyanetdi yalnız ve yalnız üreklerde sevin demişdi xetai
Ebülfez elcibey 9 milyonliq xalqın üreynin başına qızıl herfle yazılıbki onu silmek mümkün deyil üreyi temiz hakimyete geldide üreyi temiz getdide bu hakimyet kimi xalqın servetni oxurılamadı onu yeri cennetde başdadı bu ogruların ise yeri cennemde olacaq
YAXSİ SOHBƏTDİ. ELCİBƏYİN KOMANDASİNDA DAHA KİMLƏRƏ VƏ HANSİ XARİCİ OLKƏ KSFİYYATİNA XİDMƏT EDƏN OLMAYİB Kİ? pREZİDENT QVARDİYASİNİN KOMANDANİ GƏNCƏ HADİSƏLƏRİNDƏ SURƏTİN QANUNSUZ HƏRBİ BİRLƏSMƏLƏRİ TƏRƏFİNDƏN XƏSDƏXANADA GULƏLƏNƏN TAHİQ MƏMMƏDOV BİLDİRİRDİ Kİ, HƏLƏ BAYİL TURMƏSİNDƏ LCİBƏYLƏ KAMERADA OLAN VAXTLARİ ONLARA SSRİ QQB-DƏN ONUN İSİNİ 1970 İLLƏRDƏ APARAN MUSTƏNTİQ GƏLİB MARAQLANİRDİ. HƏMİN MUSTƏNTİQ
AZƏRBAYCANDAN OZBƏKSTANA KOCURULMUS VƏ 1990 İLDƏ İSƏ YENİDƏN AZƏRBAYCANA GERİ QAYTARİLMİSDİ. ..
Allah XUDU MƏMMƏDOVA rəhmət eyləsin o əsl vətənpərvər bir ziyali idi.İndiki ziyalilara baxanda elə bil yumoristik bir novellaya baxirsan hani BƏXTİYAR VAHABZADƏ -İSMAYİL ŞİXLİ- XUDU MƏMMƏDOV-ZİYA BÜNYADOV və digərləri onlari saymagnan gurtaran deyil o dövrdə hər kişinin işi deyildi tiribunadan SSSRİ kimi böyük bir imperiyanin rəhbərlərini təngid atəşinə tutardilar MİRZƏ İBRAHİMOV MOSKVADA bütün mərkəzi komitəni biabir eylədi indi deyin belə ziyalilar varmi xeyr allah onlara rəhmət eyləsin .LAL ZİYALİLAR.