Menu

SOCAR qazma işlərini 31% artırıb

22.01.2018, 15:26

socarSOCAR 2017-ci ildə qazma işlərin həcmini artırmaqla, neft və təbii qaz hasilatını sabitləşdirib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, il ərzində SOCAR tərəfindən 138 min metr qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Bu sahədə görülmüş işlərin 93 %-i istismara, 7 %-i kəşfiyyata aid olub. Ümumiyyətlə, ötən il 81 quyuda qazma işləri uğurla başa çatdırılaraq, mədənçilərə təhvil verilib.

2017-ci ildə SOCAR üzrə hasilat 7,4 mln. ton neft, 6,1 mlrd. kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,4% və 3,3 % nisbətində cüzi dəyişib. Ümumiyyətlə, 2017-ci ildə respublika üzrə 38,7 milyon ton neft və 28,6 milyard kubmetr təbii qaz hasil olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol