“AFB Bank” 2017-ci ili 12 milyon 186 min manat xalis zərərlə başa vurub. Halbuki, Bank 2016-cı ildən 2 milyon 554 mmin manat xalis mənfəətlə çıxmışdı.
Ötən il “AFB Bank”ın faiz gəlirləri 24 milyon 675 min manat, qeyri-faiz gəlirləri 11 milyon 522 milyon manat təşkil edib. Həmçinin Bankın faiz xərcləri 2 milyon 953 min manat, qeyri-faiz xərcləri 15 milyon 423 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 30 milyon 6 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 494 milyon 62 min manat olub ki, bu da illik müqayisədə 64,6% çoxdur. Bunun 163 milyon 194 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 17,6% kiçilib.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 95,2% artaraq 428 milyon 74 milyon manat təşkil edib. Bunun 287 milyon 814 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 3 dəfə böyüyüb.
İl ərzində “AFB Bank”ın balans kapitalı 18% azalaraq 66 milyon 546 min manata düşüb, nizamnamə kapitalı isə dəyişməyərək 70 milyon 393 min manat qalıb.
“AFB Bank”ın səhmlərinin 99,64%-i "Gilan" MMC-yə məxsusdur. /Renkinq.az


Şərhlər
Zaur qaraisayevin sedri oldugu bir bank muflis olmaga mehkumdur