Menu

Maydanda ara yenə qarışdı - 3 ölü

07.07.2014, 10:10
Maydanda ara yenə qarışdı - 3 ölü

Bu gecə Maydanda etiraz aksiyası keçirilib

Bu gecə Kiyev şəhərində, Maydanda atışma olub. ANS PRESS-in məlumatına görə, Maydanda aksiya iştirakçıları ilə özünümüdafiə qüvvələri arasında silahlı toqquşma baş verib.

Atışma nəticəsində 3 nəfərin öldüyü, bir nəfərin isə yaralandəğı bildirilir. Yaralı xəstəxanaya yerləşdirilib. Səhər saatlarına yaxın Maydanda sakitlik yaranıb.

Qeyd edək ki, iyulun 1-də Ali Radanın yaxınlığında qarşıdurma olmuşdu. Nəticədə iki nəfər ağır yaralanmışdı. Son günlər Ukraynanın qərb vilayətlərində etiraz aksiyaları keçirilir. Bir neçə gün əvvəl isə nümayşçilər Ukraynanın Ximelniski vilayətində qubernatorluq binasına hücum edərək qubernator Leonid Prusu döymüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol