Menu

Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

22.01.2018, 19:53
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək

Dünya çempionatının kuboku Azərbaycana gətiriləcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mükafat dünya turu çərçivəsində fevralın 9-da Bakıda olacaq. Kubok “Gənclik Mall” Ticarət Mərkəzində nümayiş etdiriləcək.

Qeyd edək ki, Dünya Kuboku 6,142 kq çəkiyə malikdir və qızıldan hazırlanıb. Mükafatın orijinal dizaynı 1974-cü ildə yaradılıb. 2018-ci il dünya çempionatı 14 iyun - 15 iyulda Rusiyada keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol