Menu

“Davosda İlham Əliyevin 30-a yaxın görüşü planlaşdırılıb” - Prezidentin köməkçisi

23.01.2018, 15:05
“Davosda İlham Əliyevin 30-a yaxın görüşü planlaşdırılıb” - Prezidentin köməkçisi

“Davos İqtisadi Forumu dünəndən işə başladı. Forumda 70-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir. Yüzdən artıq ölkədən 3 minə yaxın nümayəndə Davos Forumuna qatılıb. Dövlətimizin başçısı Prezident İlham Əliyev görüşlərə başlayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov sosial şəbəkədəki hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb: “Xüsusilə, iqtisadi əməkdaşlıq əlaqələrimizin genişlənməsinə yönəlmiş görüşlər prezidentlər, hökumət başçıları və dünyanın ən böyük şirkətlərinin rəhbərləri ilə olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol