Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə yekunlaşıb.APA-nın məlumatına görə, prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə G. Bayramlı 3 il azadlıqdan məhrum edilib.
Prokuror onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.


Şərhlər
Bu xanımı oğurluq etmədiyinə görə tutublar.Bu ölkədə belə qanun var-kim bir milyard oğurlayursa,ona tərəqqi medalı,2 milyard oğurlayursa, ona şöhrət ordeni, ikidən çox olduqda isə bu medallardan əlavə vəzifə və milli qəhrəman adı verilr.
Mən müxalifət deyiləm. Heç siyasətlə də məşğul olmuram,heç ağlıma belə şeylər də gəlmir. Ancaq hamımızın ana bacımız var. Bu qadını türməyə salmaq kişilikdən deyil. Heç dövlətin milyardlarını öğurlayıb sərhədlərdən keçirənləri içəri basmırlar. Ayıb olan işdir. Azərbaycanlı (əgər o Azərbaycanlıdırsa) kişisi olan o hakim gərək bunu etməyə idi.
Möhtərəm hakim bunu öz xoşuna etmir ki?Onu bu vəzifəyə qondaranlar əvvəlcdən şərt kəsiblər.Samirn dedikləri onlara
aid deyil.