Menu

Vəkil Rauf Mirqədirovla görüşüb

07.07.2014, 11:33
Vəkil Rauf Mirqədirovla görüşüb

“Rauf Mirqədirovla sonuncu dəfə cümə günü görüşmüşəm”. Bu haqda məlumatı Modern.az-a vəkil Elmar Süleymanov verib.

Vəkilin sözlərinə görə, istintaqın gedişində heç bir yenilik yoxdur. “Səhhəti normaldır. Həbsdə olan adam necə olacaq? Rauf Mirqədirovun ailəsindən isə xəbərim yoxdur”,-deyə E. Süleymanov bildirib.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunaraq həbs olunub. Onun həbsindən sonra çətinliklərlə üzləşən ailə üzvlərinin Avropa ölkələrinin birindən siyasi sığınacaq aldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol