Menu

Rusiya Mərkəzi Bankı daha bir bankın lisenziyasını aldı

25.01.2018, 11:33
Rusiya Mərkəzi Bankı daha bir bankın lisenziyasını aldı

Rusiya Mərkəzi Bankı "Star Alyans" Moskva bankının lisenziyasını alıb.

Trend-in məlumatına görə, bu barədə reqilyatorun mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd olunur ki, bankın fəaliyyətində "qara bazar"da valyuta-mübadilə əməliyyatları aparmaq faktı aşkarlanıb.

Həmçinin qeyd olunur ki, lisenziyanın alınması barədə qərarın verilməsinə bank tərəfindən Rusiya qanunvericiliyi və Mərkəzi Bankın normativlərini yerinə yetirməməsi səbəb göstərilir.

Kredit təşkilatına müvəqqəti inzibati qurum təyin edilib, bankın icra orqanlarının səlahiyyətləri dayanndırlıb.

Mərkəzi Bankın 2018-ci il yanvarın 1-nə olan məlumatına görə,"Star Alyans" Rusiya bank sitemində 536-cı yeri tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol