Krım tatarları qondarma "Krım respublikası"nın rəhbərliyini bütün formada boykot etməyə başlayıb.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli əhali istifadə etdiyi bütün kommunal borcları qaytarmaqdan imtina edib.
Bundan əlavə, onlar artıq bir neçə gündür ki, Rusiya nəzarəti altında olan banklarda hər hansısa əməliyyatlar aparmırlar. Krım türklərinin məclisinin keçirdiyi toplantıda qəbul olunmuş qərara əsasən türklərə qondarma dövlət idarələrində çalışdıqları işdən çıxmaları tövsiyə olunub.
Krım türkləri məclisin tapşırığına əməl edərək tutduqları postlardan istefa ediblər. Hazırda Krımda bir sıra dövlət müəssələrinin işi iflic olub. İstefa edən şəxslər Ukrayna iqtidarını legitim hökumət kimi tanıdıqlarını, yalnız onların rəhbərliyi altında öz fəaliyyətlərini bərpa edəcəklərini bildiriblər.


Şərhlər