Menu

KXDR bütün koreyalıları birliyə çağırdı

26.01.2018, 00:56

axar.az1393510918Koreya«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) Şimali və Cənubi Koreya vətəndaşlarını hər iki dövlətdə əməkdaşlığı, təmasları və turizmi inkişaf etdirməyə çağırıb. Bu barədə hökumət və siyasi partiyaların birgə iclasından sonra, KXDR Mərkəzi teleqraf agentliyinin saytında xəbər verilir.

Pxenyan qeyd edib ki, hər iki Koreyanın sakinləri yüksək gərginliyin yavaşıdılması və yarımadada sülh iqlimi yaratmaq üçün sərbəst hərəkət etmək imkanlarına malik olmalıdırlar.

KXDR həm də iki Koreyanın birləşməsinə qarşı yönəlmiş bütün cəhdləri «darmadığın» edəcəyinə inandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol