Menu

ATS-lərdə ixtisarlar başladı - Əməkdaşların yarısı işdən çıxarılır

26.01.2018, 15:29
ATS-lərdə ixtisarlar başladı - Əməkdaşların yarısı işdən çıxarılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında “Bakı Telefon Rabitəsi” MMC-nn tabeliyindəki telefon qovşaqlarının ləğv olunması ilə əlaqədar paytaxtdakı avtomat telefon stansiyalarında (ATS) ixtisarlar həyata keçirilir.

"Report"un əldə etdiyi məlumata görə, işçilərin təxminən yarısı aylıq əmək haqqının 2 misli qədər təzminat ödəmək şərti ilə vəzifəsindən kənarlaşdırılır.

Onlara hər telefon qovşağından 100 nəfərin işdə saxlanılacağı bildirilir.

NRYTN hələ ki, fakta münasibət bildirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol