Menu

«Moskva Türkiyə ilə kürd problematikasını müzakirə edir» - Zaxarova

26.01.2018, 16:35
«Moskva Türkiyə ilə kürd problematikasını müzakirə edir»  - Zaxarova

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla veriyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndsi Mariya Zaxarova bəyan edib ki, Moskva türkiyəli həmkarları ilə kürd problematikasını müzakirə edir.

«Əlbəttə, müzakirə edir. Bu barədə Sergey Lavov və Rusiyanın digər nümayəndələri həmişə danışıb. Suriada və həm də təkcə Suriyada yox, kürd siyasi qüvvələrinin vəziyyətin tənzimlənməsi prosesinə cəlb olunması üçün hər şey edilir» - deyə, Zaxarova brifinqdə jurnalistin sualını cavablandırarkən bildirib.

Türkiyə silahlı qüvvələri Baş qərargahı yanvarın 20-də Suriyanın Afrin rayonunda kürd silahlı birləşmələrinə qarşı «Zeytun budağı» əməliyyatına başladığını elan edib. Türkiyənin Baş naziri Binəli Yıldırım isə ötən bazar günü Afrin istiqamətində yerüstü əməliyyata başlandığını bəyan edib. Türkiyə qüvvələri ilə birlikdə «Azad Suriya Oordusu»nun döyüşçüləri də əməliyyatda iştirak edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol