Menu

Dollar daha da güclənəcək - Tramp

26.01.2018, 18:14
Dollar daha da güclənəcək - Tramp

ABŞ prezidenti Donald Tramp daha güclü dollar görməyi arzulayır.

Trend-in məlumatına görə, o, bunu CNBC telekanalına müsahibəsində deyib.

D.Tramp qeyd edib ki, dollar getdikcə daha da güclənəcək.

Prezident əlavə edib ki, ABŞ maliyyə naziri Stiven Mnuçinin zəif dollar haqqında fikirləri kontekstdən çıxarılıb və düzgün anlaşılmayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl S.Mnuçin Davosda dolların zəifləməsinin xarici ticarət baxımından ABŞ iqtisadiyyatına xeyirli olacağını demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol