«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp hesab edir ki, Britaniya hökumətinin başçısı Tereza Mey yeni Uinston Çörçil ola bilər.
«Siz, bu nəslin Çörçili ola bilərsiniz» - deyə, «The Telegraph» dekabrın 19-da Britaniya Baş naziri ilə telefon danışığı zamanı Trampın ona söylədiyi fikri sitat gətirir.
Prezidentin sözlərinə görə, həmin fikirləri Çerçilin «Tutqun dövr» adlı yeni kinobioqrafiyasının təəssüratı altında söyləyib və Tereza Meyə həmin kitabı oxumağı məsləhət görüb.
Görünür, bu da taleyin bir rişğəndidir - Çörçilin rəhbərlik dövrü İkinci dünya müharibəsinin astanası idi. Bəs, Meyin Çörçil olması üçün nə lazımdır? Üçüncü cahan savaşı! Tramp da bəşəriyyəti Üçüncü cahan müharibəsinə sürükləyir...


Şərhlər