«Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Rusiya ilə dialoqun qurulmasına ümid etdiyi barədə səsləndirdiyi bəyanat, Rusiya lideri Vladimir Putinin müəyyən etdiyi mövqe ilə tamamilə üst-üstə düşür».
AzPolitika.info-nun Rusiya KİV-nə istinadla veriyi xəbərə görə, bu fikri Kremlin mətbuat katibi Dmirti Peskov səsləndirib.
«Bu, Rusiyanın Prezidenti Vladimir Putinin dəfələrlə müəyyən etdiyi mövqeylə tam şəkildə korrespondensiya olunur» - deyə, Peskov bildirib. Sayca 48-ci Dünya iqtisadi forumunda (Davos) Trampın səsləndirdiyi bəyanatı şərh etmək barədə xahişə Peskov belə cavab verib.
Bundan əvvəl, Tramp Davrosdakı konqres-mərkəzində (Dünya iqtisadi forumu burada keçirilir) bəyan edib ki, Rusiya ilə dialoqa köklənib: «Biz, buna ümid edirik».

Şərhlər