Menu

Erməni əsgər öldürüldü

07.07.2014, 14:49
Erməni əsgər öldürüldü

Ermənilər öldürülən hərbçilərinin meyidini aparıblar

Təmas xəttində erməni əsgər öldürülüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şənbə günü, iyulun 5-də qeydə alınıb.

Belə ki, ermənilər Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində atəşkəsi növbəti dəfə pozublar. Ermənilər aramsız şəkildə kəndi gülləbaran ediblər. Azərbaycan Silahlı Qüvvələri ermənilərə cavab atəşi açıb. Atışmadan sonra təmas xəttində erməni əsgərinin meyidi qalıb.

Kənd sakinlərinin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, ermənilər sonra öldürülən hərbçilərinin meyidini aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol