DTX-dan ŞOK ƏMƏLİYYAT: XİN əməkdaşı və DSX zabitləri saxlanıldı  - VİDEO + Fotolar

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyat keçirib. DTX-dan verilən məlumata görə, Azərbaycan Respublikasına gələn əcnəbilərdən dövlət sərhədində viza rəsmiləşdirilməsi və sərhəd nəzarəti zamanı rüşvət alınması, qərəzli surətdə qanuni ödənişlərdən artıq məbləğlərin tutulması barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə kompleks əməliyyat-texniki tədbirlər həyata keçirilmiş və çoxsaylı cinayət faktları qeydə alınıb.

2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunun qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlunun qanunsuz əməlləri ifşa edilərək cinayət başında saxlanılıblar.

Adları çəkilən şəxslərdən ayrı-ayrı ölkələrə məxsus müxtəlif məbləğlərdə xarici valyuta əskinasları aşkar edilərək götürülmüş, xarici vətəndaşlar həmin şəxslərin qanunsuz əməlləri barədə ətraflı məlumatlar veriblər.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində araşdırmalar davam edir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdəki müsbət imicinə, ölkədə turizmin inkişafına zərər vurulması hallarının qarşısının alınması üçün bundan sonra da qətiyyətli tədbirlər görüləcək.

 

635x100

Şərhlər

şəkili məmməd 2018-01-27 13:00:22

Azərbaycanımızın inkişafını istəyiriksə,SSRİ dönəmində olan yoxlamalar və mühasibat üçotu yenidən tətbiq olunmalıdır.Heç bir təhsili olmayan insanlar görürsənki böyük bir müəssisədə Baş mühasib vəzifəsində işləyir,aidiyyat qurumlar tərəfindən göz yumulur.Ona görə ki,onlar mühasibatlıqdan anlayışı olmayanlardır Onlar mühasibat işini yox,savadsız müdirin qanunsuz əməllərini yerinə yetirirlər.Belə kadrlar Rabitə Nazirliyində daha çoxdur,xüsusilə Nəqliyyat Departamentində

MRP 2018-01-27 13:00:22

Bunun nəyi şok əməliyyatdır.Elə bil hansısa yüksək çinli bir məmuru həbs ediblər.Rüşvətxorluqla SSRİ-dəki kimi mübarizə aparılır.Bu isə heç bir effekt verməyəcək.Rüşvəti doğuran səbəblər(aşağı əmək haqqı, işə pulla qəbul, qohumbazlıq və s.) aradan qalzxmalıdır.

Vətəndaş 2018-01-27 13:00:22

Nə ədər ki,ölkədə rüşvətə qarşı qanun işlmir və bütün dövlət qurumlarında buna yaşıl işıq yandırılıb bunun qarşısı alınmayacaq.Məhkəmədə,polisdə,icra hakimiyyətlərində və bu kimi qurumlarda rüşvətsiz heç bir məsələ həll edilmir,rüşvətlə hər məsələ həll olunur bir-iki aşağı ranqlı kasıbı aşkar etməklə iş düzəlməz.Köklü dəyişikliyə ehtiyac vardır.

Araz 2018-01-27 13:00:22

Nəhayət ki, XİN-in konsulluq idarəsinə "dur" deyən tapıldı. Azərbaycanı xaricilər qarşısında biyabır edən 1 nömrəli təşkilatdır.

REDAKTOR 2018-01-27 13:00:22

Təbii ki belə olmaldir. Bu cur məmurlara gorə olkmizi daim xaricdə gunahlandirirlar. Cənab Prezidentin əldə etdiyi uğurlra kolgə salmaq isdəyən məmurlar cəzasiz qalmamalidir.Abseron rayon ihb Zakir Fərəcov rayonun Həzi Aslanov kucəsindəki Cavadov Rasimin mulkiyətində oloan 125 kvm qeyri yasayis obyektini qanunsuz olaraq sokub hec bir konpensasiya odəmədən vites ekspres tikinti firmasina satib.Bu məgər olkədə ihb konstitusiya ilə vətəndasin mulkiyət huquqlarinin qorunmasina zidd hərəkt deyilmi ?Biabircidi.

Mahmud 2018-01-27 13:00:22

Nəinki XİN-in konsulluq idarəsi həmçinin xarici ölkələrdəki səfirliklərimizdəki konsulluq şöbələri də beynəlxalq səviyyəli korrupsiya yuvalarıdı. Salamı da pulnan verillər.

Abit 2018-01-27 13:00:22

bıy başıma xeyir bu neydi?serhedçi qardaş

Təmiz Azərbaycanlı 2018-01-27 13:00:22

XİN-nin strukturunda ciddi dəyişiklik çoxdan olmalıdı.Dövlətin əsas struktlarından birində anarxiyadı.Məsələn bu günə qədər Efiopiya səfirliyimizdə çalışanların içində ailəsi və yaxın qohumlarının cinayət maddəsi ilə həps müddəti keçirənlər var.Həmin "diplomatlarımızı" keçmiş MTN yoxlayıb!Necə yoxlayıb göz qabagındadır.Mədət Quliyevə bir agsaqqal olaraq işlərində ugurlar arzulayıram.Bəlkə XİN-ni bu kişi o alverçilər dəstəsindən təmizliyə bildi.Nəzarət olunmayan bir təşkilatdır!Hərbi xidmət keçməyənlər

Təmiz Azərbaycanlı 2018-01-27 13:00:22

Səfir və digər diplomatik xidmətlərdə çalışırlar.Diplomatik xidmət haqqında qanun deyir: yalnız azərb.vətəndaşı,hərbi xidmət keçmiş və başqa tələbləri olan şəxs ölkəsini təmsil edə bilər.Pullu Universitet bitirənlər,bahalı ingilis dili müəllimi tapıb dil öyrənənlərə XİN-də Diplomat deyilir.3,2 hətta birinci katiblərlə xaricilərdən kimsə söhpət etsə elementar şeyləri bilmirlər.Neft ölkəsində yaşayıllar lakin neftin nə oldugunu elmi dildə izah edə bilmirlər......

Uveys 2018-01-27 13:00:22

Alqişlayiram. bele hallarin 100 faiz gosterici ile qarşisinin alinmasi lazimdir

Oqtay 2018-01-27 13:00:22

Yəqin o biri sərhəd keçid məntəqələrində özbaşınalıq etmək olar çünki oralarda əksər özümüzünkilər olur

Təmiz Azərbaycanlı 2018-01-27 13:00:22

Diplomatlarımız qalıb qapı dalında.Əziyyətlə xidmət keçənlər,bir otaqda 3-4 uşaq olaraq ali təhsil alan,səhər işləyib gecə sessiyaya hazırlaşan,alti və bazar işləyən insanları XİN-nə işə buraxmıllar!XİN-yi artıq 12-15 ildi Qaqulyaların və çörəyin qiymətini yalnız şoferlərindən eşidən məmur balalarından ibarətdir.Nə 5-il heç 2-il işləməyən,hərbi xidmət keçməyən Qaqulyalar bizləri təmsil edir xaricdə.Mədət Quliyev yoxlama aparsa XİN-nin 85% gərək işdən qovula!XİN-ni saxlayanlar qocaman Nazir müavinləridir.

Cavid 2018-01-27 13:00:22

Vətənim namusumdur. Uğrunda ölərəm, öldürərəm! Sərhədçi Vətənini öz namusu, evi, ailəsi kimi qorumalıdır! Əgər rüşvət alırsa, sabah namusunu da, ailəsini də pula satar!!! Dedilkərim konkret hadisə ilə əlaqədar olsa da, bütün rüşvətxorlara aiddir. Rüşvət alıb iş görənin namusulu olması sual doğurur!

Mansur 2018-01-27 13:00:22

DSX rəisinin himayə etdiyi general-mayor Cavid Abdullayevin qardaşı savadsız Səmədağa Lənkəran Regional Miqrasiya İdarəsini korrupsiya yuvasına çevirib. Rüsum olmadığı halda, iki işçi götürərək əcnəbilərdən pul yığır və yuxarı ötürür.Bəs bu hallar ölkəmizin beynəlxalq imicinə, turizmin inkişafına maneə olmur? İki nəfərin ölümünə səbəb olan, məsuliyyətdən yaytınan Səmədağanın hərəkətinə "avtoqəza hamının başına gələn" deməklə haqq qazandıran DSX rəisinin çox keçmədən kürəkənini həbsdən qurtara bilmədi.

Holms 2018-01-27 13:00:22

Akulalari tutun!.

aze 2018-01-27 13:00:22

rushvet ancag bezi memurlara olar ki,?

Sabuhi 2018-01-27 13:00:22

Sağ olun Mədət müəllim. Respublika YPX-da və Daşınmaz əmlakın dövlət reyestri xidmətində belə tədbirlər keçirməyimiz çox gözəl olardı

Demaqoq 2018-01-27 13:00:22

XIN-də təmizlənilmə aparıla bilinmesi ücün siyasi irade, peshekarliq ve birmenali vetenperverlik-türkcülük gerekdir. XIN esasen rusiya ve iranperestlerden ...Konsulluq etrafonda bash verenler tezelik deyildir. 2016-ci ilin yay aylaronda da bele bir hal bash vermishdi, amma faydasi olmadi. Esas sebebkar nazir müavini Nadir Hüseynovdur. Nadir Hüseynovun dayaqlari ise cox möhkemdir..

Son yazılar