Menu

Orxan Zeynalovla bağlı Putinə müraciət edilib

07.07.2014, 15:56
Orxan Zeynalovla bağlı Putinə müraciət edilib

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Rusiya Federasiyasının prezidenti Vladimir Putinə müraciət edib.

E.Behbudovun APA-ya verdiyi məlumata görə, müraciət Rusiyada həbsdə olan Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlıdır: “Müraciətimdə qeyd etmişəm ki, Orxan Zeynalovun işi nəzarətə götürülsün və ona qarşı ayrı-seçkilik etməsin. Müraciətdə Azərbaycanla Rusiyanın yaxın qonşu olmasını və əlaqələrimizin yaxşı olduğunu vurğulamışam”.

Qeyd edək ki, O.Zeynalov Rusiyada qətldə təqsirləndirilir. Hazırda onun cinayət işi üzrə məhkəmə prosesi gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol